
Bakı. Trend:
Mərkəzi Bank tərəfindən “Modenis” MMC-nin ödəniş təşkilatı
lisenziyası ləğv edilib.
Bu barədə tənzimləyici qurum məlumat yayıb.
“Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 04
avqust 2026-cı il tarixli qərarı ilə “Ödəniş xidmətləri və ödəniş
sistemləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən
“Modenis” Məhdud Məsuliyyətli Cəmiyyətinin ödəniş təşkilatı
lisenziyası ləğv edilib.
“Mpay” Məhdud Məsuliyyətli Cəmiyyəti “Modenis” MMC-nin ona
qoşulması yolu ilə yenidən təşkil edilib və onun hüquqi varisidir”,
– məlumatda qeyd edilib.

