
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə 4
avqust 2026-cı il tarixində Mingəçevir şəhəri, Qarabağ suvarma
kanalında 1 nəfərin batması barədə məlumat daxil olub.
Bu barədə nazirliyin rəsmi internet saytında məlumat dərc edilib.
Bildirilib ki, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və
Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri
axtarışlara cəlb olunub.
“Hazırda vətəndaş – 2012-ci il təvəllüdlü Şərifzadə Nicat Yalçın
oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata
keçirilir.
Əlavə məlumat veriləcək”, – deyə məlumatda qeyd edilib.

