Azərbaycanda ən populyar mobil cihazlar açıqlanıb

Baş səhifə

Bakı.Trend:

Azərbaycan bazarında ən populyar mobil cihazların adı
açıqlanıb.

“Global Stats” Statistika Mərkəzinin məlumatları əsasında
Trend-in apardığı
hesablamalara görə, 2026-cı ilin iyul ayının yekunlarına əsasən, “Samsung” smartfon və mobil telefonları Azərbaycanda populyarlığına
görə liderliyini qoruyub.

Azərbaycanın smartfon bazarında “Samsung”un payı əvvəlki ayla
müqayisədə 0,27 faiz bəndi azalaraq 43,57 faiz təşkil edib.

Cari ilin iyun ayı ilə müqayisədə “Xiaomi”nin bazar payı 3,22
faiz bəndi artaraq 29,96 faizə yüksəlib. “Apple” smartfonlarının
bazar payı isə 14,37 faiz olub. Bu göstərici əvvəlki ayla
müqayisədə 1,22 faiz bəndi azalıb.




Mobil cihaz istehsalçıları arasında növbəti yerdə “Huawei”
qərarlaşıb. Şirkətin bazar payı əvvəlki ayla müqayisədə 0,08 faiz
bəndi azalaraq 3 faiz təşkil edib. Sonra müvafiq ardıcıllıqla “Honor” (1,22 faiz, 0,03 faiz bəndi azalma), “Realme” (0,33 faiz,
0,06 faiz bəndi artım) və “Tecno” (0,16 faiz, dəyişməyib)
gəlir.

“Oppo”nun bazar payı əvvəlki ayla müqayisədə 0,01 faiz bəndi
artaraq 0,14 faiz olub. “Google” isə 0,07 faiz bazar payına sahib
olub ki, bu da əvvəlki ayla müqayisədə 1,3 faiz bəndi azdır.

Xatırladaq ki, “Apple” şirkətinin məlumatına əsasən, bu ilin
iyun ayında keçirilən WWDC 2026 konfransında şirkət “Apple
Intelligence” və “Siri AI”nin yeni nəslini, həmçinin “iPhone”, “iPad”, “Mac”,”Apple Watch”, “Apple Vision Pro” və “Apple TV” üçün
proqram təminatı yeniləmələrini təqdim edib. Bildirilib ki, şirkət
həmçinin valideyn nəzarəti üçün yeni funksiyalar və digər proqram
təminatı təkmilləşdirmələrini də elan edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir