Luiş Fiqu İnfantinonu istefaya çağırdı

Baş səhifə

Portuqaliya millisinin sabiq kapitanı Luiş Fiqu FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb.

Mətbuat.az xəbər verir ki, Fiqu sosial media hesabında İnfantinonun FIFA-nın nüfuzuna xələl gətirdiyini bildirib.

“O, yalan danışıb, insanları aldadıb və futbolun maraqlarını şəxsi maraqlarına qurban verib. İnfantino artıq FIFA rəhbərliyinin və futbol ictimaiyyətinin böyük hissəsinin dəstəyini itirib. Onun şəxsi nüfuzunu xilas etmək üçün gecdir, amma futbolu xilas etmək üçün hələ gec deyil. O, dərhal istefa verməlidir”, – Fiqu yazıb.

Qeyd edək ki, son vaxtlar Canni İnfantinoya təzyiqlər artıb. FIFA-nın kommersiya hüquqlarının bir hissəsinin satışı ilə bağlı planı geniş etirazlardan sonra geri çəkilib ki, bu da təşkilat rəhbərliyinə qarşı tənqidləri daha da gücləndirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir