Şəkidə Yay Məktəbi təşkil olunub

Baş səhifə

Mədəniyyət Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəkidə yeni istifadəyə verilən İncəsənət Məktəbində 100-ə yaxın məktəblinin iştirakı ilə 3 günlük Yay Məktəbi təşkil olunub.

Modern.az xəbər verir ki, Yay Məktəbinin proqramına yaradıcılıq dərsləri, açıq hava məşğələləri və müxtəlif incəsənət fəaliyyətləri daxil edilib. İştirakçılar həm yeni bilik və bacarıqlar əldə edib, həm də maraqlı və yaddaqalan anlar yaşayıblar.

Qeyd edək ki, Şəki İncəsənət Məktəbinin yeni binası Heydər Əliyev Fondu tərəfindən inşa olunub. İyunun 30-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yeni istifadəyə verilən məktəblə tanış olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir