Tbilisi metrosunun fəaliyyəti dayandırılıb

Baş səhifə

Gürcüstanda baş verən genişmiqyaslı elektrik kəsintisi səbəbindən Tbilisi metrosunun və Gürcüstan Dəmir Yollarının fəaliyyətində fasilələr yaranıb.

Modern.az Report-a istinadən xəbər verir ki, elektrik enerjisinin kəsilməsi nəticəsində Tbilisi Metropoliteni hazırda sərnişinlərə xidmət göstərmir.

Həmçinin vətəndaşların məlumatına görə, Gürcüstan Dəmir Yollarında da hərəkət müvəqqəti dayandırılıb.

Elektrik kəsintisinin rəsmi səbəbi hələ açıqlanmayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir