
Bakı. Trend:
2026/2027 mövsümü UEFA Çempionlar Liqasının üçüncü təsnifat
mərhələsinin ilk oyununda Türkiyənin “Fənərbağça” klubu Avstriyanın “Şturm” komandası ilə qarşılaşıb.
İstanbulda yerləşən “Ülkər Fənərbağça Şükrü Saracoğlu”
stadionunda keçirilən görüş meydan sahiblərinin 2:0 hesablı
qələbəsi ilə başa çatıb.
Oyunda hesabı 10-cu dəqiqədə “Fənərbağça”nın hücumçusu Anderson
Taliska açıb. Meyson Qrinvud isə 45-ci dəqiqədə uzaq məsafədən
baxımlı qola imza ataraq matçın yekun hesabını müəyyənləşdirib –
2:0.
Komandalar arasında cavab oyunu avqustun 11-də Avstriyada, “Merkur Arena” stadionunda keçiriləcək. Bu cütün qalibi pley-off
mərhələsinin təsnifat raunduna vəsiqə qazanacaq və “Sparta Praqa” – “Lion” çütünün qalibinə rəqib olacaq.

