Bəzi rayonlarda yağış yağıb, şimşək çaxıb – Faktiki hava

Baş səhifə

Bakı. Trend:

Dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağıb, şimşək
çaxıb.

Milli Hidrometeorologiya Xidmətinin avqustun 6-sı saat 9:00-a
olan məlumatına əsasən ölkə ərazisində hava əsasən yağmursuz keçib.
Lakin bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağıb,
şimşək çaxıb.

Düşən yağıntının miqdarı Daşkəsən, Gədəbəy, Şəmkir, İsmayıllı,
Xaçmaz, Qrız, Qusar, Gəncə, Sarıbaş (Qax) və Şəkidə 1 mm-dir.




Hazırda Bakı və Abşeron yarımadasında şimal-qərb küləyi əsir,
küləyin maksimal sürəti 18 m/s təşkil edir. Bölgələrdə isə
cənub-şərq küləyi müşahidə olunur. Küləyin maksimal sürəti Culfada
21, Naxçıvanda isə 16 m/s-yə çatır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34,
Naxçıvan MR-da 38, Aran rayonlarında 39, dağlıq rayonlarda isə 26
dərəcəyədək isti qeydə alınıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir