AÇG-də neft hasilatının həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin ilk yarısında Azərbaycanın “Azəri-Çıraq-Günəşli”
(AÇG) yataqlar blokunda gündəlik orta neft hasilatı 323 min barel
təşkil edib.

Bu barədə bp-nin hesabatında bildirilib.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin ilk yarısında bu
göstərici 327 min barel olub.

Trend-in
bp-nin məlumatları əsasında apardığı hesablamalara görə, AÇG-də
gündəlik neft hasilatı illik müqayisədə 1,2% azalıb.

Hesabat dövründə AÇG üzrə ümumi neft hasilatı təxminən 59 milyon
barel (8 milyon ton) təşkil edib. Gündəlik hasilat platformalar
üzrə aşağıdakı kimi bölünüb:

Çıraq – 19,3 min barel;

Mərkəzi Azəri – 88 min barel;

Qərbi Azəri – 73,3 min barel;




Şərqi Azəri – 45 min barel;

Dərin Sulu Günəşli – 47 min barel;

Qərbi Çıraq – 24 min barel;

ACE platforması – 26,4 min barel.

İyunun sonuna olan məlumata görə, AÇG blokunda 150 neft quyusu
hasilat verib, 51 quyu laylara su vurulması, 11 quyu isə qaz
vurulması üçün istifadə olunub.

Hazırda AÇG layihəsində iştirak payları belə bölüşdürülüb: bp
(operator – 30,37%), SOCAR (35,30%), MOL (9,57%), INPEX (9,31%),
ExxonMobil (6,79%), TPAO (5,73%) və ONGC Videsh (2,92%).

AÇG üzrə Məhsulun Pay Bölgüsü Sazişi çərçivəsində operator
funksiyasını “BP Exploration (Caspian Sea) Limited” həyata
keçirir.

Qeyd edək ki, 2026-cı ilin ilk yarısında bp və onun tərəfdaşları
AÇG layihəsinə 268 milyon ABŞ dolları əməliyyat xərcləri (OPEX) və
733 milyon ABŞ dolları kapital xərcləri (CAPEX) yönəldiblər. Bu
göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq
3,5% və 31,4% çoxdur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir