
Bakı. Trend:
Fransanın Milli Meteorologiya Xidməti ölkənin cənub
departamentlərində meşə yanğınları ilə əlaqədar ən yüksək –
“qırmızı” təhlükə səviyyəsi elan edib.
Bu barədə qurumun rəsmi saytında dərc olunan məlumatda
bildirilib.
“Qırmızı” xəbərdarlıq Od, Var, Voklüz və Buş-dü-Ron
departamentlərinə şamil edilir.
“Yaxın iki gün ərzində Aralıq dənizi bölgəsində güclü istilər və
küləyin güclənməsi səbəbindən meşə yanğınları riski yüksək və son
dərəcə yüksək olacaq”, -deyə xidmətin rəsmi “X” səhifəsində
bildirilib.
Proqnoza görə, avqustun 6-da bəzi rayonlarda havanın temperaturu
38 dərəcəyədək yüksələcək.
Qeyd edək ki, 2026-cı ildə Avropada, xüsusilə İspaniya və
Fransada meşə yanğınları rekord miqyas alıb. Fransada indiyədək
rekord həcmdə – 117 min hektar meşə sahəsi yanaraq məhv olub.

