
Bakı.Trend:
İspaniyanın Seuta anklavına avqustun 15-dək növbəti kütləvi
miqrant axını gözlənilir.
Bu barədə “Cadena SER” radiostansiyası məlumat yayıb.
Bildirilib ki, hazırda sosial şəbəkələrdə avqustun 15-dək
İspaniya-Mərakeş sərhədinin kütləvi şəkildə qanunsuz keçilməsinə
çağırışlar yayılır.
“Bu yeni aksiya iyulun sonunda keçirilən analoji kampaniyaya
bənzəyir. Hətta dövriyyədə olan çoxsaylı mesajlar səbəbindən daha
intensiv xarakter daşıyır”, – deyə məlumatda qeyd olunur.
Daxil olan məlumatlarla əlaqədar Mərakeş hökuməti sərhədin
qanunsuz keçilməsi cəhdlərinin qarşısının alınması üçün İspaniya
hakimiyyəti ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

