Pirşağıda dənizdə batdığı ehtimal olunan yeniyetmənin axtarışları aparılır

Baş səhifə

Bakı. Trend:

Pirşağıda dənizdə batdığı ehtimal olunan yeniyetmənin
axtarışları aparılır.

Bu barədə nazirliyin rəsmi internet saytında dərc edilən
məlumatda qeyd olunub.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar
telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində ən
yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz
ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub:




“Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət
və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri
axtarışlara cəlb olunub”.

“Hazırda vətəndaş – 2010-cu il təvəllüdlü Seyidəmirov Asiman
Elaqif oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar
həyata keçirilir. Əlavə məlumat veriləcək”, – deyə qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir