
Bakı. Trend:
“Real Madrid” futbol klubu Braziliya millisinin oyunçusu
Vinisiusla yeni müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, yeni müqavilə 2032-ci ilin iyununun sonunadək
nəzərdə tutulub. Futbolçunun əvvəlki müqaviləsinin müddəti
2026/2027-ci il mövsümünün sonuna qədər idi.
Vinisiusun 26 yaşı var. O, 2018-ci ilin yayında “Real”a transfer
olunub. Braziliyalı futbolçu Madrid klubunun heyətində müxtəlif
turnirlərdə keçirdiyi 375 oyunda 128 qol vurub və 100 məhsuldar
ötürmə edib.

