
Bakı. Trend:
Rusiyanın Tuva Respublikasında 4,1 maqnitudalı zəlzələ baş
verib.
Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika
Xidmətinin Altay-Sayan filialı məlumat yayıb.
Operativ məlumatlara əsasən, cümə axşamı Moskva vaxtı ilə saat
22:49-da (yerli vaxtla cümə günü saat 02:49-da) qeydə alınan
zəlzələnin episentri Qızıl şəhərindən təxminən 291 kilometr
cənub-qərbdə, Monqolustan sərhədindən təxminən 4 kilometr məsafədə
yerləşib.
Zəlzələnin episentrində təkanların intensivliyi MSK-64 şkalası
üzrə 5 bal təşkil edib.
Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Tuva Respublikası üzrə
Baş İdarəsinin məlumatına görə, zəlzələnin episentri Övür rayonunun
ərazisində, Saqlı kəndindən 30 kilometr qərbdə yerləşib.

