İran ABŞ-nin F-15E qırıcısının qalıqlarını yayıb

Baş səhifə

İran KİV-i ABŞ-a məxsus F-15E Strike Eagle qırıcısının qalıqlarını əks etdirdiyi iddia olunan fotolar yayıb.

Modern.az xəbər verir ki, İran tərəfi təyyarənin bu ilin aprel ayında vurulduğunu iddia edir.

Məlumata görə, insidentdən sonra ABŞ genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı həyata keçirib. Əməliyyat nəticəsində qırıcının hər iki pilotu təhlükəsiz şəkildə təxliyə edilib.

Qeyd edək ki, İran mediasının yaydığı məlumat və fotolar hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. ABŞ tərəfindən isə bununla bağlı rəsmi açıqlama verilməyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir