
Bakı. Trend:
Usta işlədikləri evdən 5 min manatlıq qızıl oğurlayan şəxslər
saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat
verilib.
Bildirilib ki, Abşeron rayonunda yerləşən mənzillərin birindən
ümumi dəyəri 5 min manat olan qızıl-zinət əşyaları oğurlanıb:
“Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə
şübhəli bilinən X.Cavadov və N.Mustafayev müəyyən edilərək
saxlanılıblar. Araşdırmalar zamanı onların qızıl-zinət əşyalarını
usta kimi işlədikləri mənzildən oğurladıqları müəyyən edilib.
Araşdırmalar davam etdirilir”, – deyə məlumatda qeyd olunub.

