
Kollektiv çəkindirməyə əsaslanan Məkkə Saziş təhlükəsizlik və müdafiə əməkdaşlığımızın inkişafına, müdafiə sənayesində birgə layihələrin hazırlanmasına və terrorizmlə mübarizəyə töhfə verəcək.
APA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X” hesabında bildirib.
Onun sözlərinə görə, BMT Nizamnaməsinin 51-ci maddəsində müəyyən edilmiş özünümüdafiə hüququnu da təsdiqləyən bu saziş heç bir ölkəni hədəf almır və bölgədə sülh, rifah və sabitliyə can atan bütün qardaş ölkələrin iştirakına açıqdır.
“Türkiyə regional sahiblik vizyonuna uyğun olaraq, beynəlxalq hüquqa hörmət əsasında dialoq və diplomatiya yolu ilə münaqişələrin və böhranların həlli istiqamətində prinsipial mövqeyini qətiyyətlə qoruyacaq”, – Türkiyə lideri vurğulayıb.
Qeyd edək ki, bu gün Türkiyə Prezidenti, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və Baş naziri və Pakistan Baş naziri Məkkə Sazişini imzalayıb.

