
Beyləqan. Trend:
Beyləqan rayonunda 15 yaşlı yeniyetmə kanalda çimərkən boğularaq
ölüb.
Trend-in
Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Bünyatlı kəndi
ərazisində baş verib.
Belə ki, rayonun Gödəklər kənd sakini, 2011-ci il təvəllüdlü
Əmrahlı Murad Ramil oğlu Bünyatlı kəndi ərazisindəki su kanalında
çimərkən boğulub.
Yeniyetmənin meyiti kənd sakinləri tərəfindən sudan çıxarılaraq
aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

