
Bakı.Trend:
8 avqust 2025-ci il tarixində keçirilmiş Vaşinqton sammiti
Ermənistanı dalandan çıxarıb və ölkə qarşısında istifadə edilməli
olan perspektivlər açıb.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqtonda
keçirilmiş üçtərəfli zirvə görüşünün birinci ildönümü münasibətilə
ünvanladığı müraciətdə bildirib.
Bununla yanaşı, o vurğulayıb ki, sülh gündəliyinin həyata
keçirilməsi prosesi hələ başa çatmayıb.
“8 avqust 2025-ci ilədək dövlətimiz dalanda idi, 8 avqustdan
sonra isə qarşımızda sonsuz perspektivlər açıldı. Onlardan istifadə
edib-etməyəcəyimiz bizim kollektiv iradəmizdən asılıdır”, – deyə
Baş nazir bildirib.
Paşinyanın sözlərinə görə, Vaşinqton Sülh Sammitinin mühüm
nəticələrindən biri “Beynəlxalq sülh və rifah naminə Tramp
marşrutu” (TRIPP) layihəsidir.
“Bu layihə nəinki yaxın gələcəkdə Ermənistanın blokadasına son
qoyacaq, nəinki Ermənistan və region iqtisadiyyatının əsasını
təşkil edəcək, həm də Ermənistan və Azərbaycanın bir-birini maneə
kimi deyil, yol, qonşu kimi qəbul etməyə başlamasına kömək edəcək.
Yaxın vaxtlarda TRIPP layihəsinin praktiki icrasına başlayacağıq və
bu, böyük regional və beynəlxalq hadisəyə çevriləcək”, – o qeyd
edib.
Xatırladaq ki, avqustun 8-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti
Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol
Paşinyan Azərbaycan Respublikasının Prezidenti və Ermənistan
Respublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair Birgə
Bəyannamə imzalayıblar.
Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald
Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla
görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri
Ararat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası
arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə
dair Saziş” layihəsini paraflayıblar. Ermənistan” və Azərbaycan
Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin
ATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesinin
bağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişə
üzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və Yüksək
Səviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar. Onlar
Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər
nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini
(ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk
konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və
Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə)
imzalayıblar.

