Fransa XİN Vaşinqton sammitinin ildönümü ilə bağlı bəyanat yayıb

Baş səhifə

Bakı. Trend:

Fransa Xarici İşlər Nazirliyi (XİN) Vaşinqton sammitinin
ildönümü ilə bağlı bəyanat yayıb.

Bəyanatın mətni nazirliyin rəsmi saytında dərc edilib.

Fransa XİN son bir il ərzində Azərbaycan və Ermənistan
tərəfindən mühüm addımların atıldığını vurğulayıb.

“Son bir il ərzində hər iki ölkənin hakimiyyət orqanları sülhü
öz xalqları üçün hiss olunan reallığa çevirmək məqsədilə mühüm və
cəsarətli addımlar atıblar.

Fransa ümid edir ki, bu proses Ermənistan və Azərbaycan arasında
sülh müqaviləsinin imzalanması və ratifikasiyası, sərhədlərin
yenidən açılması və regional bağlantıların inkişafı ilə davam
edəcək. Bununla da Cənubi Qafqaz Avropa ilə Asiya arasında
əlaqələndirici məkan olmaqla, tam əməkdaşlıq zonasına
çevriləcək.

Fransa Avropadakı tərəfdaşları ilə birlikdə Ermənistan və
Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə tam hörmətlə
yanaşmaqla bu prosesə fəal şəkildə töhfə verməyə davam edəcək”, –
bəyanatda qeyd olunub.

Xatırladaq ki, 2025-ci il avqustun 8-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş
Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının
Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti və
Ermənistan Respublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair
Birgə Bəyannamə imzalayıblar.

Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald
Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla
görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri
Ararat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası
arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə
dair Saziş” layihəsini paraflayıblar. Ermənistan” və Azərbaycan
Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin
ATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesinin
bağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişə
üzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və Yüksək
Səviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar. Onlar
Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər
nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini
(ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk
konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və
Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə)
imzalayıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir