Bazar günü temperatur 41 dərəcəyədək yüksələcək – Xəbərdarlıq

Baş səhifə

Bakı. Trend:

Bazar günü Azərbaycanda temperatur 41 dərəcəyədək
yüksələcək.

Milli Hidrometeorologiya Xidməti gözlənilən hava ilə bağlı
xəbərdarlıq yayıb.

Bildirilib ki, avqustun 9-da havanın maksimal temperaturunun
Bakıda və Abşeron yarımadasında 35-40, eyni zamanda Mərkəzi Aran və
Naxçıvan MR-da 35-40, bəzi yerlərdə 41 dərəcəyə yaxın, dağlıq
rayonlarda isə 28-33 dərəcə isti olacağı gözlənilir.




Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına
əsasən avqustun 9-da Bakıda və Abşeron yarımadasında havanın
günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət
gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,
lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdən başlayaraq arabir
yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli şimşək
çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq
ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir