
Bakı. Trend:
“Mançester Yunayted” qapıçısı Radek Vitek “Midlsbro”ya
transfer olunub.
İngiltərə təmsilçisi 23 yaşlı çex qolkiperlə müqavilə
imzalandığını açıqlayıb. “Mançester Yunayted” sosial şəbəkə
hesabında Vitekə təşəkkür edib və ona gələcək karyerasında uğurlar
arzulayıb.
Vitek ötən mövsüm “Bristol Siti”də icarə əsasında çıxış edib. O,
bütün turnirlərdə 41 oyunda meydana çıxıb, 54 qol buraxıb və 12
matçda qapısını toxunulmaz saxlayıb.
Qeyd edək ki, Vitek 6 il “Mançester Yunayted”də çıxış edib.
Transfermarkt onun bazar dəyərini 6 milyon avro qiymətləndirir.

