
Bakı. Trend:
Türkiyənin Qaziantep şəhərində 4,5 bal gücündə zəlzələ qeydə
alınıb.
Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Fəlakətlərin İdarə
Edilməsi İdarəsi (AFAD) məlumat yayıb.
Nurdağı rayonunda baş verən zəlzələnin episentri 80 kilometr
dərinlikdə yerləşib. Yeraltı təkanlar Qazianteplə yanaşı, Kilis,
Kahramanmaraş, Osmaniyə ve Hatayda da hiss edilib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

