
Bakı. Trend:
Argentina millisinin futbolçusu Tyaqo Almada komandasını
dəyişib.
25 yaşlı yarımmüdafiəçi İspaniya təmsilçisi “Atletiko”dan
ölkəsinin “River Pleyt” klubuna keçib. Məlumatı Argentina klubunun
rəsmi saytı yayıb.
Oyunçu ilə 3,5 illik müqavilə imzalanıb. “River Pleyt” bu keçid
üçün qarşı tərəfə 20 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Tyaqo Almada 2022-ci ildə Argentina millisinin
heyətində dünya çempionu olub.

