Rusiya indi də Xarkovu vurdu, ölən və yaralılar var 

Baş səhifə

Rusiyanın Xarkovun Saltovski rayonunda yaşayış binasına endirdiyi zərbə nəticəsində iki nəfər həlak olub, azı 21 nəfər yaralanıb.

Modern.az xəbər verir ki, bu barədə şəhər meri Terexov və Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Sinequbov birgə məlumat yayıblar.

Məlumata görə, zərbə nəticəsində çoxmərtəbəli binanın 7-10-cu mərtəbələri dağılıb. Daha sonra qonşuluqdakı digər yaşayış binasına da zərbə endirildiyi qeydə alınıb.

Yaralananlar arasında 5 yaşlı uşaq da var. Dörd nəfər xəstəxanaya yerləşdirilib, digər yaralılara isə hadisə yerində tibbi yardım göstərilib.

Hazırda ərazidə axtarış-xilasetmə işləri davam edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir