
Xəbər verdiyimiz kimi Lionel Messinin atası və nümayəndəsi Xorxe Messi avqustun 8-də 68 yaşında vəfat edib. “İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi atası Xorxe Messinin vəfatından sonra Rosariyoya gəlib.
Modern.az xəbər verir ki, bu barədə jurnalist Mario Naufal məlumat yayıb.
Məlumata görə, Messi Rosariyoya çatdıqdan dərhal sonra vida mərasiminə yollanıb. El Prado qəbiristanlığında keçiriləcək mərasim qapalı olacaq və orada yalnız yaxın qohumlar iştirak edəcəklər.

