
Bakı. Trend:
Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən yaşayış binasında
yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında məlumat
dərc edilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət
Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə
İdarəsinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və
təxirəsalınmaz tədbirlər sayəsində beşmərtəbəli yaşayış binasının
pilləkən qəfəsində quraşdırılmış elektrik lövhəsində baş vermiş
yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan
verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 2p.m. elektrik kabeli və 6 ədəd elektrik
sayğacı yanıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 2-si azyaşlı olmaqla 6
nəfər bina sakini təxliyə edilib.
Yaşayış binası və mənzillər yanğından mühafizə olunub.

