İsrail Qəzza ilə bağlı Sülh Şurasının planını rədd edib

Baş səhifə

Bakı. Trend:

İsrail Qəzza zolağı ilə bağlı Sülh Şurasının 15 bənddən ibarət
planını rədd edir və radikal HƏMAS hərəkatı faktiki olaraq
tərksilah edilənə qədər qoşunlarını Fələstin anklavından
çıxarmayacaq. Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu
yəhudi dövlətinin hökumətinin həftəlik iclasının əvvəlində
bildirib.

“İsrail 15 bəndlik planı rədd edir. İsrail Müdafiə Ordusu HƏMAS
tərksilah edilməyənə qədər qoşunlarını geri çəkməyəcək. Mən
HƏMAS-ın tərksilah edilməsindən danışarkən, ağır silahları, daha
yüngül silahları, bütün növ silahları nəzərdə tuturam. Söhbət
formal deyil, real tərksilahdan gedir”, – Netanyahu bildirib. Baş
nazirin sözləri onun dəftərxanası tərəfindən yayımlanıb.




“Hazırda bu məsələni amerikalılarla müzakirə edirik. Onların
bəzi ideyaları var, bəziləri bizim üçün məqbuldur, bəziləri isə
qəbuledilməzdir və biz buna necə qarşı çıxacağımızı bilirik”, –
Netanyahu əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir