Avropa böyük bir müharibənin astanasındadır – Vuçiç

Baş səhifə

Bakı. Trend:

Serbiya Prezidenti Aleksandr Vuçiç Avropanın böyük bir
müharibənin astanasında olduğunu bildirib.

O, bu barədə “Axel Springer” şirkətinin baş direktoru Matthias
Döpfnerin aparıcılığı ilə keçirilən verilişdə danışıb.




Ukraynadakı vəziyyətə toxunan Serbiya lideri yaxın vaxtlarda
sülhə nail olunacağına inanmadığını qeyd edib: “Düşünürəm ki, biz
daha böyük bir müharibənin başlanğıcındayıq. Mən ümid edirdim ki,
kimsə Ukraynada sülhə nail olmaq üçün səy göstərəcək, lakin bu baş
vermədi və yaxın vaxtlarda da baş verməyəcək. Bu da o deməkdir ki,
biz daha böyük müharibənin astanasındayıq”.

A.Vuçiç münaqişənin yaxın gələcəkdə bitəcəyini istisna edib. “Müharibənin bu il və ya gələn yazdan əvvəl bitəcəyini düşünmürəm”,
– deyə bildirən prezident mövcud şəraitdə hər hansı kompromis həll
üçün imkan görmədiyini vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir