Balakəndə 3 maşın toqquşub, xəsarət alanlar var

Baş səhifə

Balakən ağır yol qəzası olub, xəsarət alanlar var.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunda, Balakənin Katex kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, üç minik avtomobili toqquşub. Qəza zamanı xəsarət alanlar olub. Qəza zamanı bir nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasedicilri cəlb olunub.
Faktla bağlı araşdırma başlayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir