Roma papası Ukrayna və Rusiyaya müraciət edib

Baş səhifə

Bakı.Trend:

Roma Papası XIV Leo Rusiyaya və Ukraynaya hərbi əməliyyatları
dayandırmaq çağırışı edib, həmçinin münaqişə qurbanlarının
ailələrinə başsağlığı verib.

Bu barədə Vatican News məlumat yayıb.




Pontifik bildirib ki, müharibə yalnız yeni müharibələrə səbəb
olur və insanlara böyük iztirablar gətirir. XIV Leo “zorakılıq
spiralını” dayandırmağın, sülhə gedən yolu açmaq üçün dialoq və
diplomatiyaya yer verməyin vaxtının çatdığını vurğulayıb.

O, Rusiya və Ukraynanı beynəlxalq humanitar hüquqa riayət etməyə
və dinc əhalinin zərər çəkdiyi hücumlara son qoymağa çağırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir