Qeyri-sabit hava davam edəcək – XƏBƏRDARLIQ

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda qeyri-sabit hava avqustun 14-dək davam edəcək.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəsmi saytında
dərc olunmuş məlumatda bildirilib.




Qeyd edilib ki, Azərbaycanın rayonlarında müşahidə olunan
qeyri-sabit hava şəraitinin avqustun 14-dək davam edəcəyi,
fasilələrlə yağış yağacağı gözlənilir.

“Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək
çaxacağı, dolu düşəcəyi, avqustun 11-12-də əsasən dağlıq və
dağətəyi rayonlarda yağıntıların güclənəcəyi ehtimalı var. Çaylarda
sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi
istisna olunmur”, – deyə məlumatda qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir