Moldova Rusiyadakı səfirini geri çağırıb

Baş səhifə

Bakı.Trend:

Moldova Xarici İşlər Nazirliyi Rusiyadakı səfiri Lilian Darini
məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib.

Bu barədə XİN rəsmi “Facebook” səhifəsində məlumat dərc
olunub.

Bunun, ölkənin cənub bölgəsində yerləşən yaşayış məntəqələrindən
birinə pilotsuz uçuş aparatının düşməsi ilə əlaqəli olduğu
bildirilib. Hadisə Ştefan-Voda rayonunun Krokmaz yaşayış
məntəqəsində baş verib. Moldova polisinin məlumatına görə, hadisə
yerində pilotsuz uçuş aparatının qalıqları aşkarlanıb. Ekspertlər
müəyyən ediblər ki, aparat ağacla toqquşduqdan sonra partlayıb.




Hadisə nəticəsində xəsarət alan olmayıb. Bununla belə, qalıqlar
yaxınlıqdakı kənddə bir neçə evin damına ziyan vurub.

Moldova Xarici İşlər Nazirliyi hadisəni “qətiyyətlə pislədiyini”
bildirib. Nazirlik aparatı kamikadze dron və qanadlı raketin
xüsusiyyətlərini birləşdirən hibrid vasitə kimi xarakterizə
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir