
Bakı. Trend:
Bu ilin avqustun 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları
86 milyard 814,9 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında
bildirilib.
Qeyd olunub ki, bu, ötən ilin eyni dövrünə nisbətən 12,2 %
çoxdur.
Qeyd edək ki, 2026-cı ilin ilk 6 ayında Azərbaycanın strateji
valyuta ehtiyatları 700 milyon manat və ya 0,8% ABŞ dolları artaraq
85,8 milyard ABŞ dolları olub.
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov iyulun
31-də faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat
konfransında bildirib: “Strateji valyuta ehtiyatları tədiyə
balansının statistikasına əsasən 40 aylıq idxal mal və
xidmətlərinin ödənilmsinə kifayət edir”.
AMB sədri qeyd edib ki, ölkənin strateji valyuta ehtiyatları
geniş manat kütləsini (M2 aqreqatı) 3,4 dəfə üstələyir.

