Azərbaycan qeyri-neft ixracını artırıb

Baş səhifə

Bakı.Trend:

Yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft ixracı artıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin
(İİTKM) dərc etdiyi “İxrac icmalı”nın avqust sayında qeyd olunub
ki, Azərbaycanın qeyri-neft sektorunun ixracı (qeyri-monetar qızıl
istisna olmaqla) 2026-cı ilin yanvar-iyul aylarında 2025-ci ilin
eyni dövrü ilə müqayisədə 18,3 faiz artaraq 2,5 milyard ABŞ dolları
təşkil edib.

Mərkəzin məlumatına görə, 2026-cı ilin iyul ayında qeyri-neft
sektorunun ixracı ötən ilin eyni ayı ilə müqayisədə 15,8 faiz
artaraq 384,8 milyon dollara çatıb.

Qeyd olunub ki, hesabat ayında ərzaq məhsullarının ixracı 123
milyon dollar, qeyri-ərzaq məhsullarının ixracı isə 261,8 milyon
dollar təşkil edib və sonuncu göstərici 26 faiz artıb.




“Cari ilin yanvar-iyul aylarında ixrac olunan şəkər ötən ilin
müvafiq dövrünə nəzərən 2,6 dəfə, pambıq iplik 81,9%, bitki və
heyvan mənşəli piylər və yağlar 39,5%, alüminium və ondan
hazırlanan məmulatlar 39,4%, pambıq lifi 24,9 %, qara metallar və
onlardan hazırlanan məmulatlar 23,3%, çay 19,5%, meyvə-tərəvəz
16,4%,spirtli və spirtsiz içkilər isə 3,0% artıb.

2026-cı ilin yanvar-iyul aylarında aqrar məhsullar üzrə ixrac
22,1% artaraq 673,4 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları
üzrə ixrac 24,8% artaraq 223,1 milyon ABŞ dolları təşkil edib.
Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 22,8%
artaraq 896,4 milyon ABŞ dollarına bərabər olub”, – deyə icmalda
qeyd edilir.

Bununla yanaşı, 2026-cı ilin yanvar-iyul aylarında kənd
təsərrüfatı məhsullarının ixracı 22,1 faiz artaraq 673,4 milyon
dollar təşkil edib. Aqrar-sənaye məhsullarının ixracı isə 24,8 faiz
artaraq 223,1 milyon dollara çatıb.

Vurğulanıb ki, kənd təsərrüfatı və aqrar-sənaye məhsullarının
ümumi ixracı 22,8 faiz artaraq 896,4 milyon dollara çatıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir