Lökbatanda iki nəfər dənizdə batıb

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı
şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində ən yaxın sularda
xilasetmə məntəqəsindən 700 metr aralı dənizdə nəzarətsiz ərazidə 2
nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə FHN məlumat yayıb.




Bildirilib ki, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və
Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri
axtarışlara cəlb olunub.

“Axtarışlar nəticəsində dalğıclar tərəfindən 1977-ci il
təvəllüdlü Qurbanova Ziyafət Kamal qızının və 1986-cı il təvəllüdlü
Məmmədova Nurlana Muradxan qızının meyitləri suda tapılıb
çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir