I ixtisas qrupu üzrə 16 mindən çox dövlət sifarişli plan yeri ayrılıb

Baş səhifə

Bakı. Trend:

2026–2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin
bakalavriat səviyyəsinə dövlət sifarişi ilə tələbə qəbulu üçün I
ixtisas qrupu üzrə ümumilikdə 16 265 plan yeri ayrılıb.

Bu barədə məlumat “Abituriyent” jurnalının 4-cü sayında əks
olunub.

Məlumata əsasən, I ixtisas qrupu üzrə həm dövlət sifarişi, həm
də ödənişli təhsil üçün müsabiqəyə ümumi balı 200-dən, ikinci
mərhələ üzrə balı 100-dən az olmayan abituriyentlər
buraxılacaqlar.

Riyaziyyat, fizika və kompüter elmləri ixtisasları üzrə
müsabiqəyə ümumi balı 250-dən, ikinci mərhələ üzrə balı 100-dən az
olmayan abituriyentlər buraxılacaqlar.




Dövlət ali təhsil müəssisələrinin (ADA Universiteti, Bakı Ali
Neft Məktəbi, Sumqayıt Dövlət Universiteti və Mingəçevir Dövlət
Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan
ixtisaslarına imtahanın birinci mərhələsində nisbi balı 40-dan az
olmayan abituriyentlər buraxılacaqlar.

Aşağıdakı ixtisasların ödənişli əsaslarla ayrılmış yerlərinə isə
müsabiqədə ümumi balı 150-dən və ikinci mərhələ üzrə balı 50-dən az
olmayan abituriyentlər buraxılacaqlar:

Meliorasiya mühəndisliyi, texnologiya müəllimliyi, ekologiya
mühəndisliyi, kompüter mühəndisliyi, qida mühəndisliyi, elektrik və
elektronika mühəndisliyi, informasiya texnologiyaları, logistika və
nəqliyyat texnologiyaları mühəndisliyi, radiotexnika və
telekommunikasiya mühəndisliyi.

Aqromühəndislik, aqronomluq, balıqçılıq, meşəçilik, şərabçılıq,
torpaqşünaslıq və aqrokimya, yerquruluşu və daşınmaz əmlakın
kadastrı, zoomühəndislik ixtisasları üzrə isə həm dövlət sifarişli,
həm də ödənişli əsaslarla qəbul müsabiqəsində ümumi balı 150-dən və
ikinci mərhələ üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak
edə bilərlər.
Qeyd edək ki, ixtisas seçimi avqustun 12-dən 19-dək internet
vasitəsilə aparılacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir