Səudiyyə Ərəbistanında fabrikdə yanğın baş verib, 16 banqladeşli ölüb

Baş səhifə

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda divan istehsalı fabrikində baş verən güclü yanğın nəticəsində 16 Banqladeş vətəndaşı ölüb.

Bu barədə “Reuters” Banqladeş rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Musa sənaye zonasında baş verib.

Yanğının səbəbləri hələlik məlum deyil. Hadisənin təfərrüatları Banqladeş Xarici İşlər Nazirliyi tərəfindən araşdırılır.

Banqladeşin Ər-Riyaddakı səfirliyinin əməkdaşları həlak olanların meyitlərinin ölkəyə göndərilməsi üçün Səudiyyə Ərəbistanının müvafiq qurumları ilə əməkdaşlıq edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir