
Bakı. Trend:
Yaponiyanın yerli istehsalı olan “Michibiki” GPS peyki çərşənbə
axşamı səhər uğurla orbitə çıxarılıb.
“Michibiki-7” peykini daşıyan H3 raketi Yaponiya vaxtı ilə səhər
saat 4-dən az sonra ölkənin cənub-qərbində yerləşən Kaqoşima
prefekturasındakı Tanegashima Kosmik Mərkəzindən buraxılıb.
Raket yüksəldikcə iki yan sürətləndiricini və birinci pilləni
ayırıb. Buraxılışdan təxminən 29 dəqiqə sonra peyki nəzərdə tutulan
orbitə yerləşdirib.
“Michibiki” peykləri mövqeləndirmə siqnalları ötürür. Hazırda bu
peyklərdən beşi fəaliyyət göstərir və Yaponiya üzərində
orbitdədir.
Onlar smartfonlar üçün daha dəqiq mövqeləndirmə məlumatlarının
təmin edilməsinə, eləcə də rabitənin zəif olduğu ərazilərdə zəlzələ
barədə xəbərdarlıqların çatdırılmasına kömək edir.
Yaponiya hökuməti əvvəlcə daha müstəqil yerli geolokasiya
sistemi yaratmaq üçün ümumilikdə yeddi “Michibiki” peykinin orbitə
çıxarılmasını planlaşdırırdı. Lakin “Michibiki-5” peyki ötən il H3
raketinin uğursuz buraxılışı zamanı itirilib.
Hökumət sistemi ilkin plandan bir peyk az olmaqla, altı peyklə
fəaliyyət göstərməyi planlaşdırır.

