Xəzərdə daha bir nəfər bataraq ölüb

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı
şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində, ən yaxın sularda
xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə 1
nəfərin meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat
yayıb.




Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli
Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin
dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Dalğıclar tərəfindən 1996-cı il təvəllüdlü Allahverdiyev Seymur
Sadiq oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil
verilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir