Ağstafada kişi meyiti tapılıb

Baş səhifə

Ağstafada kişi meyiti aşkarlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, meyit rayonun Həsənsu kəndində qəbiristanlığın yaxınlığında tapılıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Araşdırma zamanı meyiti aşkarlanan şəxsin rayon sakini, 1980-ci il təvəllüdlü Z. Yolçiyev olduğu müəyyənləşdirilib.

Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertizanın və Patoloji Anatomiya Birliyinin Publik Hüquqi Şəxsinin Ağstafa rayon şöbəsinə təhvil verilib.

Ölümün səbəbi hələlik məlum deyil.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir