Bakıda avtomobil salonu yandı

Baş səhifə

Bakı. Trend:

Bakının Xətai rayonunda, Babək prospektində yerləşən avtomobil
salonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə
barədə nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil
olduqdan dərhal sonra əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin
qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının
ümumi sahəsi 1200 kvadratmetr olan, avtomobil salonu kimi fəaliyyət
göstərən üçmərtəbəli obyektdə baş verdiyi və yayılma riskinin
yüksək olduğu müəyyən edilib.




Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində obyektin ofis
otağında başlayan yanğının genişlənməsinin, eləcə də alovun salonda
olan avtomobillərə keçməsinin qarşısı alınıb. Yanğın qısa müddətdə
söndürülüb.

Hadisə nəticəsində ümumi sahəsi 15 kvadratmetr olan otağın yanar
konstruksiyaları yanıb. Salonda yerləşən “BMW” markalı minik
avtomobilinin arxa bamperi və işığı isə istilik təsirindən
deformasiyaya uğrayıb.

Obyektin böyük hissəsi və salonda park edilmiş digər
avtomobillər yanğından mühafizə olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir