Fransanın kolonial istismar mexanizmlərinə qarşı “Korte Bəyannaməsi” qəbul edildi

Baş səhifə

Bakı. Trend:

7-9 avqust tarixlərində Korsikanın Korti şəhərində Korsikanın
müstəqilliyi uğurunda mübarizə aparan “Nazione” siyasi hərəkatının
təşkilatçılığı ilə “Beynəlxalq Günlər” adlı tədbirin növbəti, 44-cü
buraxılışı keçirilib.

Bu barədə Bakı Təşəbbüs Qrupundan (BTQ) məlumat verilib.

Tədbirdə, eyni zamanda, Bakı Təşəbbüs Qrupunun (BTQ) dəstəyi ilə
2024-cü ilin iyulunda Bakıda təsis edilmiş, Fransa və Niderlandın
müstəmləkə idarəçiliyi altında olan Dənizaşırı ərazilərin
müstəqilliyi uğrunda mübarizə aparan siyasi partiya və hərəkatları
birləşdirən Beynəlxalq Dekolonizasiya Cəbhəsinin nümayəndələri də
iştirak ediblər.

Tədbirin yekununda Beynəlxalq Dekolonizasiya Cəbhəsi tərəfindən “Korte Bəyannaməsi” qəbul edilib.

Bəyannamədə qeyd olunur ki, Fransa dövlətinin idarəçiliyi
altında olan bütün fərqli coğrafi ərazilərdə yerli xalqların
fundamental hüquqlarını və suverenliyini tapdalayan eyni kolonial
istismar mexanizmləri tətbiq olunmaqdadır. Rəsmi Parisin yürütdüyü
məqsədyönlü mövcud iqtisadi siyasətin yerli sərvətləri
amansızcasına taladığı, ərazilərdə süni bahalıq yaratdığı və
kütləvi işsizlik formalaşdıraraq gəncləri öz doğma yurdlarından
uzaqlaşmağa, mühacirətə və ya sosial müavinətlərdən asılı yaşamağa
məhkum etdiyi kəskin şəkildə vurğulanır.

Bununla yanaşı, Fransa “ədalət” sisteminin birbaşa himayəsi və
şərikliyi ilə yerli əhalinin torpaqlarının müsadirə edildiyi,
xarici maraqlara xidmət edən spekulyasiyalara yol açıldığı və
demoqrafik strukturu dəyişərək yerli xalqları öz vətənlərində
azlığa çevirmək məqsədilə planlı şəkildə “məskunlaşdırma
kolonizasiyası”nın davam etdirildiyi bildirilir. Fransa
hakimiyyətinin müstəmləkə əleyhinə mübarizə aparan dinc fəallara və
müqavimət hərəkatlarına qarşı qanunsuz güc tətbiq edib onları
kriminallaşdırdığı qeyd olunur. Vurğulanır ki, rəsmi Paris Martinik
və Qvadelupda on minlərlə insanın həyatına təsir edən qorxulu
xlordekon pestisidi zəhərlənməsi cinayəti kimi ağır ekoloji və
humanitar skandalların üstünü məhkəmə yolu ilə ört-basdır edərək
tam cəzasızlıq mühiti formalaşdırır.

Bəyannamədə Beynəlxalq Dekolonizasiya Cəbhəsi Fransadan tələb
edir ki, Fransa dövləti Yeni Kaledoniyadakı (Kanaki) Bujival
sazişləri, Korsikadakı Bovo prosesi və digər regionlarda davam edən
müzakirələr vasitəsilə bu xalqların milli və siyasi mövcudluğunu
danmaq, onları sadəcə hüquqsuz “ada icması” səviyyəsinə endirmək
cəhdlərinə dərhal son qoymalıdır. Bu ərazilərin hər birinin
beynəlxalq hüquqa və tarixi legitimliyə malik, öz müqəddəratını
təyin etmək hüququ olan müstəqil millətlər olduğunu bəyan edir.

Cəbhə, BMT Baş Assambleyasının müstəmləkəçiliyin tamamilə ləğv
edilməsini ehtiva edən 75/123 saylı tarixi qətnaməsinə istinad
edərək, Fransanın müstəmləkəçiliyi altında yaşayan Dənizaşırı
ərazilərin yenidən BMT-nin rəsmi dekolonizasiya olunmalı ölkələr
siyahısına salınması üçün qlobal müstəvidə hüquqi, diplomatik və
siyasi addımlarını daha da genişləndirəcəyini və bu kollektiv
strategiyanı kəsintisiz davam etdirəcəyini elan edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir