
Bakı.Trend:
Çin humanoid robotlar üzrə dünya bazarının 97 faizindən çoxuna
nəzarət edir və ABŞ-dəki rəqiblərini əhəmiyyətli dərəcədə
qabaqlayıb.
Bu barədə “Bloomberg” agentliyi “Smart Analytics Global”
şirkətinin məlumatlarına istinadən yazıb.
2026-cı ilin ilk yarısında dünyada təxminən 19,1 min humanoid
robot tədarük edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə
təxminən dörd dəfə çoxdur. Cari ilin yekununda tədarük həcminin
təxminən 60 min ədədə, 2030-cu ilədək isə 500 min ədədə çatacağı
gözlənilir.
Ən böyük istehsalçı Şanxayda yerləşən “Agibot” şirkəti olub.
Şirkət altı ay ərzində təxminən 8,4 min robot tədarük edərək dünya
bazarının 44 faizini tutub. Agibot bu göstərici ilə Xançjou
şəhərində yerləşən və 5,9 min robot tədarük edən “Unitree Robotics”
şirkətini geridə qoyub.

