
Bakı.Trend:
ABŞ Prezidenti Donald Tramp İran iqtisadiyyatının ağır
vəziyyətdə olduğunu bildirərək, Tehranın valyuta və hərbçilərin
maliyyələşdirilməsi ilə bağlı ciddi problemlərlə üzləşdiyini iddia
edib.
“Onların valyutası demək olar ki, heç bir dəyərə malik deyil.
Onlar öz əsgərlərinə maaş vermirlər və hərbçilər xidmətdən
uzaqlaşırlar. Onlar borc götürə bilmirlər. Biz onların pullarına
nəzarət edirik. Mən onların bankiriyəm”, – deyə Tramp Ueyn Allin
Rutla müsahibəsində bildirib.
ABŞ Prezidenti bununla Vaşinqtonun Tehrana qarşı maliyyə
təzyiqini vurğulayıb. Onun bu açıqlaması ABŞ və İran arasında davam
edən danışıqlar və regiondakı vəziyyət ətrafında gərginliyin
qorunub saxlanıldığı bir vaxtda səslənib.

