İranla bağlı danışıqlar həlledici mərhələdədir – Qətər XİN

Baş səhifə

Bakı.Trend:

Oman və İran arasında regionda gərginliyin azaldılması
məsələləri üzrə məsləhətləşmələr həlledici mərhələdədir.

TASS-ın məlumatına görə, bunu Qətər Xarici İşlər Nazirliyinin
rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib.




“Hazırda danışıqlar həlledici mərhələdədir və gərginliyin
azaldılmasına yönəlmiş bütün təşəbbüslərdə Omandakı qardaşlarımızın
səylərini yüksək qiymətləndiririk”, – deyə o, brifinq zamanı
bildirib.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik
iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və
Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq,
Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə
İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ
Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını
bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər,
Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr
endirməyə başlayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir