Məzunlara elektron attestatlar təqdim olunur

Baş səhifə

Bakı. Trend:

2025–2026-cı tədris ilindən etibarən ümumi təhsil
müəssisələrinin məzunlarına təhsil haqqında dövlət sənədləri ilk
dəfə elektron formatda təqdim olunur.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına
görə, 2026-cı il məzunları attestatlarını artıq myGov
platformasından əldə edə bilərlər.

Yeni tətbiq çərçivəsində təxminən 300 min məzunun attestatı
elektron sənəd formasında hazırlanıb. Təhsil müəssisələrinin
rəhbərləri tərəfindən elektron imza ilə təsdiqlənmiş attestatlar
artıq myGov platformasında əlçatandır.




Məzunlar elektron attestatlarını myGov (web) → “Təhsil
məlumatlarım” → “Elektron təhsil sənədlərim” bölməsindən əldə edə
bilərlər. Valideynlər isə övladlarına aid təhsil sənədlərinə
“Övladlarımın təhsil sənədləri və məlumatları” bölməsi vasitəsilə
baxa bilərlər.
Elektron attestatın üzərindəki QR kodu oxutmaqla və ya edu.gov.az
saytının “Sənəd yoxlama” bölməsində sənədin nömrəsi və doğum
tarixini daxil etməklə attestatın həqiqiliyini yoxlamaq
mümkündür.

Qeyd edək ki, elektron attestatların yaxın günlərdə myGov mobil
tətbiqində də əlçatan olması təmin ediləcək.

Elektron attestatların tətbiqi məzunlara təhsil sənədlərini daha
rahat, operativ və əlçatan şəkildə əldə etmək imkanı yaradır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir