
Bakı. Trend:
Yasamalda soyğunçuluq edən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat
yayıb.
Bildirilib ki, Yasamal rayonu ərazisində fəaliyyət göstərən
marketlərdən birində soyğunçuluq hadisəsi qeydə alınıb.
“Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə
şübhəli bilinən, əvvəllər oğurluq cinayətinə görə məhkum olunmuş 43
yaşlı A.Zahidov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam
etdirilir”, – deyə məlumatda qeyd edilib.

