
Ermənistanın Baş naziri Nikol Paşinyanın ortancıl qızı Şuşan ölkənin Ədliyyə Nazirliyinin fəaliyyətinə cəlb olunub.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın ədliyyə naziri Srbui Qalyanın şəxsi səhifəsində dərc olunan fotolardan məlum olub.
Fotolar şəxsi məlumatların mühafizəsi üzrə qurumun yaradılması ilə bağlı keçirilən işgüzar görüş zamanı çəkilib.
“Sputnik Ermənistan”ın yazdığına görə, Şuşan yaxın vaxtlarda Almaniyada Robert Boş Kollecini bitirib.
Məlumata əsasən, bundan sonra o, rəfiqəsinə məxsus tədris mərkəzində ingilis dili müəllimi kimi çalışıb.
Şuşanın Ədliyyə Nazirliyində hansı statusla və hansı vəzifədə fəaliyyət göstərdiyi barədə isə məlumat verilməyib.
Şuşan Paşinyan 17 iyul 2007-ci ildə anadan olub.

