Suraxanıda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Baş səhifə

Bakı. Trend:

Suraxanıda evdən 10 min manatlıq qızıl-zinət əşyaları
oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat
yayıb.

Bildirilib ki, Suraxanı rayonu ərazisində oğurluq hadisəsi qeydə
alınıb:




“Rayon sakinlərindən biri polisə müraciət edərək evindən 10 min
manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə
şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı V.Məmmədov
saxlanılıb. O, hadisəni usta kimi işlədiyi evdə törədib.

Araşdırmalar davam etdirilir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir